!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mən yeddi ay əvvəl Qubad İbadoğlunun FETÖ ilə bağlılığı haqda danışanda...” – Cahandar BayoğluVİDEO

!Reklam – Yazi

“Azərbaycanda nəinki FETÖ-yə, hətta terrorçu PKK-ya rəğbətini gizlətməyən şəxslər bu barədə açıq danışmaq cürəti göstərirlər”.

Bu fikirləri bir neçə gün əvvəl FETÖ terror şəbəkəsi ilə əlaqələrinin olması ittihamı ilə həbs edilən Qubad İbadoğlunun gülənçilərlə bağlılığını yeddi ay əvvəl gündəmə gətirən Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycana qənim kəsilən qüvvələr müxtəlif istiqamətlərdən hücuma keçiblər:

“Siyasi və həyat təcrübəmiz bizə imkan verir ki, kimlərinsə danışıqlarının və davranışlarının nədən qaynaqlandığını, nəyə xidmət etdiyini müəyyənləşdirək. Yəni bunu obrazlı ifadə etsək, mən ictimai hərəkətlilik üzrə doktoram. FETÖ-çülərdən biri Amerikada, digəri Ankarada, bir başqası isə Bakı və ya başqa paytaxtlarda oturub eyni tezislərlə danışırsa, deməli, burada məsələ aydındır.

Qubad İbadoğluna gəldikdə isə, təbii ki, Azərbaycan siyasətində olan bir çox fiqurları ardıcıl izləyirəm. Söhbət tək FETÖ-dən getmir, eyni zamanda, İran kəşfiyyatı ilə bağlılığını düşündüyüm ayrı-ayrı şəxslərlə bağlı da açıqlamalarım olur. Bu çərçivədə konkret Ərəstun Oruclu barəsində fikirlər səsləndirmişəm.

Ümumiyyətlə, Ramiz Ənvəroviçin (Ramiz Mehdiyev – red.) məktəbindən keçmiş siyasətçilər, deputatlar, bürokratlar, jurnalistlər və media quruluşlarının İran, Rusiya, Ermənistan kəşfiyyatı, eləcə də FETÖ və başqa terror şəbəkələri ilə əlaqələrini görməmək, izləməmək korafəhmlik olardı.

Mən yeddi ay əvvəl Qubad İbadoğlunun FETÖ ilə bağlılığı haqda danışanda, təbii ki, fətullahçı şəbəkənin ölkədəki “əsgər”ləri, Azərbaycan dövlətinə qənim kəsilən müxtəlif marginal qüvvələrin təmsilçiləri və tanınmayan xüsusi trol ordusu mənə qarşı hücuma keçərək, sosial şəbəkələrdə əleyhimə geniş kampaniyaya başladı. Onların arasında vəkillər, orta səviyyədə tanınan siyasətçilər, media təmsilçiləri, özəlliklə də radikal dindar kəsimin nümayəndələri vardı.

Həqiqətən, hazırda Azərbaycana yönəlik xain hücumlar var. Azərbaycanda nəinki FETÖ-yə, hətta terrorçu PKK-ya rəğbətini gizlətməyən şəxslər bu barədə açıq danışmaq cürəti göstərirlər. Qubad İbadoğlu haqqında kəskin danışmaq istəmirəm, amma onun yanında olan antiAzərbaycan, antiTürk düşüncəli adamlara da xəbərdarlıq edirəm ki, yanlışlıqlardan əl çəksinlər, yoxsa həyat onlar üçün heç də xoş gələcək vəd etməyəcək”.

A.Zeynalov

www.yenicag.az

932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv