!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Mənə zəng edib dedi ki…” - Əlikram Fərda ilə niyə iki il KÜSÜLÜ QALIB?

!Reklam – Yazi

Müğənni Əlikram Bayramov Fərda Xudaverdiyevlə iki il küsülü qaldığını bildirib.

Yenicag.az xəbər verir ki, sənətçi Fərdanın onu aldatdığını və bu hadisədən sonra aralarında inciklik yaşandığını deyib:

“Bağda oturmuşdum. Fərda mənə zəng etdi ki, Hollandiyada konsert var, ora gedəcəyik, özünün də, musiqiçilərin də pasportunun fotosunu at mənə, bilet alacam. Vaxtı da dedi. Dediyi kimi etdim. Çemodanı hazırladım, beş nəfər musiqiçi ilə birgə dediyi vaxt – saat 9:30-da hava limanında olduq. Əlimizdə nağara, davul, alətlərlə Fərdanı gözlədik. Fərdanı yığıram zəng çatmır. Xanımdan soruşdum Hollandiyaya uçmalıyıq, biletlərimizi gözləyirik. Dedi, axı ora uçuş yoxdur.

Dəliyə döndüm, ürəyimdə fikirləşdim ki, ay Fərda aldadırsan tək məni aldat, axı bu qədər musiqiçini yığıb gətirmişəm bura. Məcbur qalıb uşaqlara dedim ki, uçuş təxirə düşüb. Evdə də soruşanda elə dedim. Ürəyim partlayır ki, bu, niyə məni aldadıb. Bir dəfə də olsun mənə zəng edib səbəbini demədi. Arada xəbər göndərdi ki, inanmazdım Əlikram durub hava limanına getsin, mən onunla aprel zarafatı etmişdim. Onda onun mənimlə zarafat etdiyini bildim. Buna görə onunla iki il küsülü qaldım.Verilişlərin birində barışdım. Zarafat dostluğun qayçısıdır”.

Müğənni bunu “Birincilər” verilişində deyib.

Cəvahir

www.yenicag.az

2286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv