!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Menecer milyonlarla dollar oğurladı: Şirkət iflasını elan etdi

!Reklam – Yazi

İflasa uğradığını elan edən kriptovalyuta kredit platforması “Celsius Network” MMC keçmiş investisiya menecerini şirkətdən milyonlarla dollar oğurlamaqda ittiham edib.

Yenicag.az “Milliyet”ə istinadən xəbər verir ki, son günlər böyük çöküş yaşayan kriptovalyuta bazarında şirkətlər çətin vəziyyətə düşməkdə davam edir.

Belə ki, iyun ayında “Bitcoin” 37 min dollardan çox ucuzlaşaraq 20 min dolların altına düşüb. Rəqəmsal aktivlərin ümumi kapital dəyəri iyunda 1,30 trilyon dollardan 762 milyard dollara düşüb. 1 trilyon dollardan aşağı olan rəqəmsal aktivlər bazarı isə aylıq olaraq 33 faizdən çox itirib.

Lakin dünyanın ən böyük kriptovalyuta maliyyələşdirmə şirkəti “Celsius Network”un pul çəkişməsi kriptovalyuta bazarı üçün sarsıdıcı xəbər olub. Kriptovalyuta pul bazarındakı çöküşün təsiri ilə çətin anlar və likvidlik problemi yaşayan “Celsius Network” iflas üçün müraciət edib. Şirkət iflasa uğramasının başlıca səbəbi kimi keçmiş investisiya menecerinin yüksək məbləğdə vəsaiti oğurlamasını göstərib.

Məlumata görə, ABŞ-də yerləşən kriptovalyuta şirkəti “Celsius Network” kassasında olan 167 milyon dollar nağd pulla fəaliyyətini davam etdirməyi hədəfləyir.

Gülşən

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv