!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənəvi dəyərlərə ZƏRBƏ VURAN FİLMLƏR: “Homoseksuallıq, aqressiya, intihara təşviq…” - RƏY

!Reklam – Yazi

Yaxın Şərq ölkələri “Barbie” filmini qadağan etməyə başlayır. Küveyt və Livan rəsmiləri bunu filmdə homoseksual və lesbiyan elementlərin olması ilə izah edib.

Bəs Azərbaycanda bu tipli filmlərin yayımlanması ölkə genefonduna ziyan vura bilərmi?

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Yenicag.az-a açıqlamasında bu tipli filmlərlə mübarizə aparmağın mümkünsüz olduğunu bildirib.

O, Azərbaycan xalqına məxsus dəyərləri əks etdirən milli kino sənayesinin formalaşdırılmasının vacibliyini vurğulayıb:

“Film, bədii ədəbiyyat, teatr əsərləri və bu kimi digər vasitələr əslində sosiallaşma agentləridir. Yəni filmlər vasitəsilə insanlara müxtəlif dəyərlər, informasiyalar ötürülür. Bir sıra dövlətlərin də kino sənayesi ilə bağlı strateji planları var. Bu plan filmlər vasitəsilə öz dəyərlərini başqa ölkələrə təbliğ və təlqin etməkdən ibarətdir.

“Barbie” və bu tipli digər filmlər mənsub olduğu ölkənin dəyərlərinin daşıyıcısı kimi digər ölkələrə istiqamət alır. Məsələn, SSRİ dönəmindən sovet ideologiyası daha çox filmlər vasitəsilə təbliğ olunurdu. Hətta elə olur ki, bəzən filmlərin qəhrəmanları kumirə çevrilir. Elə filmlər var ki, eynicinslilərin nikahını, aqressiyanı, intihara təşviqi və s. təbliğ edir. Tədqiqatlar onu göstərir ki, bir çox filmlərdə aqressiyanın təqdim olunması insanlarda kriminogen davranışları stimullaşdırır. Bəzi cinayət hadisələrinin araşdırması onu göstərir ki, bir sıra hadisələr həmin filmlərin imitasiyası əsasında baş verir.
Bu tipli filmlərlə mübarizə aparmaq, demək olar ki, mümkünsüzdür. Çünki indi rəqəmsal dünyada yaşayırıq. Provayderlər tərəfindən internet üzərindən də faydasız filmlər paylaşılır. Ümumiyyətlə, təkcə filmlərdə yox, televiziya proqramlarında da diqqətli olmalıyıq. Elə ailə dəyərləri var ki, onları da efirlərə daşıyırlar. Bu da transmilli layihələrdən biridir. O layihələrin ayaq açmasına imkan vermək olmaz.
Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı qanunvericilik tətbiq edilib. Bu qanunvericilikdə də göstərilir ki, zərərli informasiyaların yayılması qadağandır. Ona görə də idxal olunan filmlərə baxmalıyıq ki, onlar hansı ideoloji mənəvi neqativ təsirlərə malikdir. Bu filmlərə selektiv yanaşmalıyıq ki, cəmiyyətimizin mənəvi dəyərlərini korlamasın. Qeyri-konseptional, aqressiv ideoloji dəyərləri, əxlaqsızlığı və yaxud da cəmiyyət üçün xarakterik olmayan filmləri deyil, planetar, bəşəri dəyərləri aşılayanları yayımlamalıyıq.

Azərbaycan xalqına məxsus dəyərləri əks etdirən milli kino sənayesinin formalaşdırılmasına çalışmalıyıq. Ümumiyyətlə, çalışmalıyıq ki, biz mənəvi, əxlaqi dəyərlərimizi ixrac edək. Hətta milli cizgi filmləri sənayesini formalaşdırmalıyıq. Çünki cizgi filmləri uşaqların tərbiyəsinə, sosiallaşmasına, psixologiyasına birbaşa təsir göstərir”.

Sadiq Cavadov

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv