!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məni çətinliklərdən ailəm və dostlarım çıxarır” - VİDEO

!Reklam – Yazi

Yenicag.az “ARB Günəş” televeziyasının rəhbəri Məhsim Məhsimovla səmimi söhbəti təqdim edir:

Bu dəfə Çölçü Obasında iki dost görüşdülər.

İxtisasları eyni olmasa da onları yaxınlaşdıran hər ikisinin yaradıcı insan olmaları və hər ikisinin media sahəsində çalışmaları idi. Çölçü Obasında çölçü qəhvəsinin dadına baxıb rejissor Eltən Törəçinin yaradıcı yönətmən olduğu “Çöldə Yaşam Öyüdləri” verilişinin qonağı “ARB GÜNƏŞ” televeziyasının rəhbəri Məhsim Məhsimov oldu. Verilişin gələnəyinə sadiq qalaraq söhbət öncəliklə Məhsim Məhsimovun yaşamını şəkilləndirən, uşaqlıqda hansı öyüdlərlə yaşa dolmasından başladı. Uşaq yaşlarından valideynlərindən aldığı öyüdlərdən başqa sonralar, özünün də vurğuladığı kimi , “həyatının yönünü” dəyişən bir hadisə də ona əsl öyüd olub. Kitab oxumağın rolu, efirlərdə yayımlanana uşaq verilişləri və sovet dönəmində Azərbaycan xalqına mənimsədilən yanlış alqılar kimi önəmli mövzuların danışıldığı verilişdə, eyni zamanda Məhsim Məhsimovun özünün yazdığı şerlərdən, dostlarının necə və kimlərin arasından seçdiyindən danışıldı.

Onu da xatırladaq ki, 21 iyul uzun illər media sahəsində çalışan “ARB Günəş” televeziyasının rəhbəri Məhsim Məhsimovun doğum günüdür.

www.yenicag.az

772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv