!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mənsum İbrahimov: “Müqəddəs bayrağımız Vətən torpaqlarında dalğalandıqca, köksümüz dağa dönür”

!Reklam – Yazi

“Biz hər zaman Ali Baş Komandanımızın arxasındayıq, ona güvənirik, onu dəstəkləyirik”.

Yenicag.az-a açıqlama verən ustad sənətkar, Xalq artisti Mənsum İbrahimov Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin silahı yerə qoyaraq, təslim olması ilə bağlı xəbərə münasibət bildirərkən belə deyib:

“Biz hər zaman Ali Baş Komandanımızın arxasındayıq, ona güvənirik, onu dəstəkləyirik. Onun “dəmir yumruğu” ətrafında sıx birləşmişiik. Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz dədə-babalarımızdan bizə əmanət olan tarixi torpaqlarımıza qayıdırıq. Bu, bizim haqqımızdır. Var olsun Vətən oğulları, qəhrəman şəhidlərimizin ruhu şad olsun. Bu gün onların ruhu şaddır. Müqəddəs bayrağımız Vətən torpaqlarında dalğalandıqca, fəxarət hissindən köksümüz dağa dönür. Xalqımızı təbrik edirəm, gözümüz aydın olsun”.

Cəvahir

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv