!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənsum İbrahimov: “Orada bir erməni dığası da qalmayacaq”

!Reklam – Yazi

“Xalqımızın başı sağ olsun, onların hər biri bizlər üçün böyük itkidir. Şəhid adı nə deməkdir, mən bilirəm. Çünki mənim ailəmdə də var…”

Bunu Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olmasından üzüldüyünü dilə gətirərkən tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Xanəndə bu toqquşmalara son qoyulmasının yalnız bir yolu olduğunu vurğulayıb:

“Xalqımızın başı sağ olsun, onların hər biri bizlər üçün böyük itkidir. Şəhid adı nə deməkdir, mən bilirəm. Çünki mənim ailəmdə də şəhid var. Qardaşımın oğlu İkinci Qarabağ müharibəsində şəhid olub. Onarın hər biri bizim balalarımızdır. Nə qədər dəmir yumruqla başlarını əzirik, yenə də özlərinə yığışmırlar. Bu işə son qoymaq lazımdır. Sonuncu toqquşmada da Vətən oğlullarının sayəsində şəhidlərimizin qanı alındı. Nə qədər ki, erməni silahlıları Qarabağdan çıxmayıb, bu toqquşma dayanmayacaq. Düşünürəm ki nəyin bahasına olursa-olsun, erməni silahlılarını Qarabağdan çıxarmaq lazımdır. Bunun yolunu bunda görürəm. Bu gün hər birimiz ordumuza, əsgərimizə dəstək olmalıyıq, yumruq kimi Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Necə ki İkinci Qarabağ müharibəsində birləşdik. Dünyada da ikili standartlar hökm sürür. Necə ki 30 il gözlədik, axırda öz məsələmizi özümüz həll etdik. Bu gün də bu proses davam edir. Ancaq bəyanat verməkdən başqa əllərindən heç nə gəlmir. Çünki haqlı olduğumuz vaxtda əleyhimizə bəyanatlar verir, qətnamələr qəbul edirlər. Arxamızda yalnız qardaşımız Türkiyə dayanıb. Özümüz birləşib birdəfəlik bu məsələni həll etməliyik. İnşallah, tezliklə bunun öhdəsindən gələcəyik. Orada heç bir erməni dığası da qalmayacaq. Millətimizin başı sağ olsun, Allah hər bir şəhidimizə rəhmət eləsin. Hamımız üzüntü içindəyik. 7-dən 77-yə qədər kədər içindəyik, Allah şəhidlərimizin ruhunu şad eləsin”.

Cəvahir

www.yenicag.az

978
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv