!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mənsurədən SƏRT ETİRAZ: “Qadın yemək bişirmək, ev yığışdırmaq üçün yaranmayıb”

!Reklam – Yazi

“Qadın yalnız mətbəxdə yemək bişirmək, ev yığışdırmaq üçün yaranmayıb”.

Bunu tanınmış aktrisa Mənsurə Əhmədova Yenicag.az-a açıqlamasında deyib.

Qızların erkən yaşda ərə verilməsinə qarşı çıxan aktrisa ailə qurmazdan öncə onlara savad verilməsinin vacib olduğunu bildirib:

“Erkən yaşda qızların ailə qurması ənənəsinə daha çox rayon yerlərində rast gəlinib. Təəssüf ki, hələ də davam etməkdədir. Valideynlər qızları erkən yaşda ərə verirlər, ailə qurmağa məcbur edirlər. Düzdür, bəzi hallarda erkən ailə qurub, xoşbəxt olan insanlar da olur. Qarşılarına gözəl insan çıxır və xoşbəxt bir ailənin təməli qoyulur. Amma ümumilikdə yeniyetmə yaşda ailə qurmağı düzgün saymıram və bunun qəti şəkildə əleyhinəyəm.

Hesab edirəm ki, istər oğlan, istərsə də qız ailə qurmazdan öncə oxumalı, təhsil almalı, özünü tanımalıdır. Hətta mən 20-25 yaşda evlənənləri görəndə fikirləşirəm ki, ailə qurmaq üçün tezdir. Bu yaşla müqayisədə 13-14 yaşlı uşağın ərə verilməsi faktları ilə qarşılaşanda dəhşətə gəlirəm. Qadın özgüvənli və sözünü deməyi bacarmalıdır. Eyni zamanda, istər ailədə, istərsə də cəmiyyətdə özünü müdafiə etməyi bacarmalıdır, ayaqları üstə durmalıdır. Qadın yalnız mətbəxdə yemək bişirmək, ev yığışdırmaq üçün yaranmayıb. Onun həm də sosial statusu olmalıdır. Kişinin öz fikri, söz demək ixtiyarı olduğu kimi, qadının da olmalıdır. Bizdə nədənsə belə bir fikir formalaşıb ki, söz demək haqqı yalnız kişilərə məxsusdur. Xeyr, belə deyil”.

Aktrisa ailənin bu işdə böyük rol oynadığını bildirib:

“Valideynin üzərinə böyük məsuliyyət düşür. Mən öz ailəmdə belə görmüşəm. Oxumaq, təhsil almaq, cəmiyyətdə yer tutmaq, daha sonra ailə qurmaq. Bu, çox vacibdir. İnsanlar düşüncə etibarı ilə dəyişməli, öz üzərində işləməlidir. İndi bunun üçün yetərincə şərait də var. Müəyyən psixoloji mərkəzlərə də müraciət etmək, dəstək almaq mümkündür”.

Cəvahir

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv