!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzil alan vətəndaşlarla MTK-ların bitməyən “SAVAŞI”: “Yarana biləcək problemləri önləmək üçün...”

!Reklam – Yazi

“MTK rəhbərliyində dəyişiklik olarsa, yeni rəhbərliklə sakinlər arasında bir sıra məsələlərin həlli üçün müzakirələrin aparılması vacibdir”.

Bu fikirləri Mənzil-Tikinti Kooperativlərinin (MTK) rəhbərliyi və sakinlər arasında yarana biləcək problemlərin həlli üçün hüquqi yolun mümkün istiqamətlərindən danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə vətəndaşların ən böyük problemlərindən biri məhz hüquqi müstəvidə məsələnin həllinə meyl etməmələridir:

“Əgər vətəndaşın əmlakı üçün rəsmi qaydada dövlət tərəfindən verilən sənədi varsa, hər hansı çətinlikdən söhbət gedə bilməz. Lakin mənzil alanlar bir çox hallarda çıxarış əldə etməyə tələsmir, problemli evlər alır, təhvil-təslim aktları imzalamır, nəticədə isə özləri üçün çıxılmaz vəziyyət yaradırlar.

Mənzil əldə etdikdən sonra gələcəkdə yarana biləcək problemləri önləmək üçün mütləq müvafiq dövlət sənədi alınmalı, yaxud müqavilə notarial qaydada rəsmiləşdirilməlidir. MTK rəhbərliyində dəyişiklik olarsa, yeni rəhbərliklə sakinlər arasında bir sıra məsələlərin həlli üçün müzakirələrin aparılması vacibdir. Ancaq bütün hallarda hüquqi yola mütləq baş vurulmalıdır. Konsultantinq şirkətlərilə məsləhətləşmənin də nəticəsi olmasa, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda mənzil sahəsində yeni ənənələr formalaşıb. Belə ki bina tikilib hazır vəziyyətə gətirilibsə, orada MTK-nın idarəetməni öz əlinə almasına da imkan verməmək mümkündür. Bunun üçün sakinlər birləşərək öz aralarında MMC təsis edib binanın idarəetməsini öz üzərlərinə götürə bilər. Belə olduqda isə əlavə xidmətlərə, yaxud hansısa quruma ehtiyac qalmır. Vətəndaşlar üçün riski olmayan və ən uyğun variant budur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv