!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzil bazarında ÖZBAŞINALIQ - Aldadılan vətəndaşlar bu halda hüquqlarını necə bərpa etməlidir? - Ekspertdən İZAH

!Reklam – Yazi

Son zamanlar bir çox vətəndaşlar daşınmaz əmlaka dair çıxarış (“kupça”) alarkən sürpriz vəziyyətlə üzləşir. Onlar alqı-satqı zamanı müqavilədə qeyd edilmiş mənzilin ölçüsü ilə çıxarışda qeyd edilən ölçülər arasında uyğunsuzluq olduğunu görürlər. Belə ki, mənzilin sahəsi müqavilədə göstərilən rəqəmlə üst-üstə düşmür, sahə daha az hesablanır.

MTK-lar tərəfindən aldadılan vətəndaş belə olan halda hüquqlarını necə bərpa etməlidir?

Məsələni Yenicag.az-a şərh edən əmlak ekspert Ramil Qasımov bunun qanunvericilikdən kənar olduğunu deyir:

“Bu hal mövcud qanunvericilikdən kənardır. Çünki mənzilin sahəsinin hesablanma qaydası Azərbaycan Respublikasının “şəhərsalma və tikinti” məcəlləsinin 59-cu maddəsi ilə tənzimlənir. Burada mənzilin yalnız ümumi faydalı sahəsi, yəni istifadə oluna bilən sahələr qeyd oluna bilər. Bura otaqlar, mətbəx, dəhliz, sanitar qovşaqlar daxildir. Eyvanlar və terras sahələri ilə bağlı göstərilən məqam ondan ibarətdir ki, onlar 0,3 əmsala vurulmaqla hesablanmalıdır. Bizim tikinti şirkətlərinin əksəriyyəti vətəndaşlara mənzil satarkən, mövcud qanunvericiliyin tələblərinə əməl etmirlər. Bəzi hallarda mənzilin daxilindəki arakəsmə divarlar, qonşularla sərhəddə olan divarlar, eyni zamanda ümumi istifadə üçün nəzərdə tutulan şaxtalar həmin “kvadrat”a aid edilir. Tikinti şirkətləri bir qayda olaraq eyvanları, balkon sahələrini mənzil sahəsi kimi hesablayır. Məsələn, balkonun sahəsi 6 kvadrat metr olan mənzil qanunvericiliklə 0,3 əmsala vurulub hesablanmalıdır. Lakin tikinti şirkəti bunu elə 6 kvadratmetrlə hesablayaraq vətəndaşa satır”.

Ekspert haqsızlıqla üzləşən vətəndaşın artıq ödədiyi vəsaiti geri almaq hüququna malik olduğunu bildirib:

“Belə halla qarşılaşan vətəndaş məhkəməyə müraciət edərək mənzilin əksik gələn sahəsinə görə ödənilmiş əlavə vəsaiti şirkətdən geri ala bilər”.

Sadiq Cavadov

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv