!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzil bazarını “silkələyən” REGİONAL SAVAŞLAR: “Tək Azərbaycanda deyil, qonşu ölkələrdə də...”

!Reklam – Yazi

“Güzəştli ipoteka büdcəsinin artırılması zəruridir və bununla bağlı təklif irəli sürmüşük”.

Bu fikirləri ölkədəki mənzil bazarında yaranmış mövcud vəziyyəti dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, son aylar mənzil bazarında qiymətlər nisbətən stabitləşdiyindən, tələb və təklif arasında müəyyən tarazlaşma yaranıb:

“Mənzil bazarında qiymətlərin yeni artım dalğası, əsasən, Rusiya-Ukrayna müharibəsindən sonra müşahidə edilməyə başladı. Çünki bu, bütövlükdə regionda mənzillərə tələbatı xeyli artırdı. O zaman tək Azərbaycanda deyil, qonşu ölkələrin də mənzil bazarında kəskin qiymət artımı baş verdi.

Təbii ki, əvvəlki illərdə də artımlar müşahidə olunurdu. Lakin 2022-2023-cü illərdə ötən illərlə müqayisədə bu tendensiya daha da intensivləşdi. Həmçinin, bu yaxınlara kimi ölkə daxilində mənzillərə tələbatın artması da bazardakı vəziyyətə təsirsiz ötüşmür.

Qiymət artımı bütün seqmentlər üzrə – həm yeni, həm də köhnə tikililərdə, eləcə də həyət evləri və torpaq sahələrinin qiymətlərində də özünü göstərirdi. Son aylarda isə qiymətlər nisbətən stabilləşib. Yəni tələb və təklif müəyyən qədər tarazlaşıb. O baxımdan, son aylar mənzil bazarında qiymət artımı səngiməkdədir.

Bu həm də onunla bağlıdır ki, 2022-ci ildə qiymətlər kəskin artdı və inflyasiya səviyyəsi proqnozları üstələdi. İndiki ərəfədə artıq tələbin sabitləşdiyini görürük və qonşu ölkələrin məzil bazarında da eyni hal yaşanmaqdadır. Əgər hər hansı fors-major halları yaşanmasa, o zaman ilin sonuna qədər bazarda kəskin artım olmayacaq.

Fərqli layihələr və güzəştli ipoteka kreditlərinin olduğunu nəzərə alsaq, gənc ailələrin daha çox bu variantlara üz tutması məqsədəuyğundur. Ümumiyyətlə, güzəştli ipoteka büdcəsinin artırılması zəruridir və bununla bağlı təklif irəli sürmüşük. Bazara çox sayda ekonom evlərin çıxarılması gənc ailələrin mənzil tələbinə daha münasibdir”.

Yusif Səmədzadə

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv