!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzil seçimi üçün PRESTİJLİ ƏRAZİ: “Potensial alıcılar daha çox Bakının mərkəzi ərazilərinə...”

!Reklam – Yazi

“Kənar ərazilərdə mənzil almaq istəyən şəxs həmin qiymətə həyət evi almağa daha çox üstünlük verir”.

Bu fikirləri ötən ilin yanvar ayından satışa çıxarılan keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərə marağın az olmasının səbəblərini dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, satışın ləng getməsinin əsas səbəbi belə mənzillərin əksəriyyətinin şəhərdən kənarda yerləşməsidir:

“Bu məsələ ilə bağlı sosial şəbəkələrdə bəzən müxtəlif məlumatlar yayılır. İndiki dövrdə potensial alıcılar daha çox Bakının mərkəzi ərazilərinə üz tuturlar. İnfrastrukturun daha təkmil olduğu ərazilərdə, avtobus və metro xətləri, məktəb və uşaq bağçalarına yaxın yerlərdə mənzillər axtarırlar.

Məcburi köçkünlər üçün tikilən binaların əksəriyyəti nisbətən şəhərdən kənar ərazilərdə olduğundan, o baxımdan, belə mənzillərə maraq daha azdır. Lakin, belə mənzilləri alarkən şərtlər daha yüngül, qiymətlər isə daha əlçatan olur. Belə məzilləri uzunmüddətli kreditlə də əldə etmək mümkündür.

Lakın kənar ərazilərdə mənzil almaq istəyən şəxs həmin qiymətə həyət evi ağlamağa daha çox üstünlük verir. Hesab edirəm ki, müəyyən zamandan sonra bu mənzillərin satışında sürətlənmə gedə bilər”.

Nuray Məmmədzadə

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv