!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzil üzərində mülkiyyət hüququ necə rəsmiləşdirilir?

!Reklam – Yazi

Ölkəmizin, xüsusilə paytaxt Bakının mənzil bazarındakı aktivlik daşınmaz əmlakın sənədləşməsinə tələbi də artırır. Üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış mənzil sahibləri iqtisadi proseslərdə (sığorta, girov, alqı-satqı və s.) daha geniş və rahat iştirak edir, hüquqlarından etibarlı və zəmanətli şəkildə istifadə imkanları əldə edirlər. Bütün bunlar isə, vətəndaşların mənzillərinə dair çıxarış almaq marağını artırır. Vətəndaşlar əsasən, ilkin bazarda mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) tərəfindən tikilən binalardan mənzillər alırlar. Bu mənzillərə dair çıxarışın alınması üçün tələb olunan sənədlər isə fərqlidir.

Əmlak Məsələləri Dövlət Xidmətindən Yenicag.az-a bildirilib ki, MMC-nin tikdiyi binadan mənzil alanlar ilk növbədə bina üzərində MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığını aydınlaşdırmalıdır. Əgər binaya çıxarış verilibsə, MMC ilə mənzil sahibi arasında notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra, həmin müqavilə əsasında mənzil sahibi mülkiyyət hüququnu qeydiyyata aldırmaqla, öz adına çıxarış əldə edə bilər.

Mənzil-tikinti kooperativlərindən mənzil alan vətəndaşlar isə ilk olaraq MTK-nın inşa etdiyi binanın müvafiq dövlət qurumu tərəfindən istismara qəbul edilib-edilmədiyini (istismara qəbul aktının olub-olmadığı) dəqiqləşdirməlidir. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və maliyyə arayışı (mənzilə dair pay haqqının ödənilməsi və borcun olmaması barədə) tələb olunur.

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv