!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzilin real sahəsi və reyestr çıxarışındakı FƏRQLİ RƏQƏM: “Bu halla üzləşən vətəndaşlar aldadıldıqlarını...”

!Reklam – Yazi

“Müqavilədə göstərilən rəqəmlərlə vətəndaşın əldə etdiyi çıxarışdakı rəqəm bəzən 5-8 faizlə ifadə edilən ciddi fərqə səbəb olur”.

Bu fikirləri mənzillərin real sahəsinə dair inşaat şirkətləri ilə imzalanan müqavilədə və reyestrdən verilən çıxarışda fərqli rəqəmlərin əks olunmasının vətəndaşlarda narazılıq doğurmasına aydınlıq gətirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu, kifayət qədər aktual problemdir və onun ətrafında dəfələrlə müzakirə aparılıb:

“Alıcıların sözügedən məsələ ilə bağlı etirazları haqlıdır. İnşaat şirkətləri, yaxud öz əmlakını bazara çıxaran vətəndaşlar müqavilədə tikintialtı sahəni də qeyd edirlər. Yəni mənzilin yalnız istifadə üçün nəzərdə tutulan sahəsi yox, həmçinin tikintialtı sahə də qiymətləndirilir.

İşlər tam yekunlaşdıqdan sonra isə vətəndaşa evin yalnız istifadə olunan sahəsi üçün çıxarış təqdim olunur. Burada isə müəyyən fərq yaranır. Nəticə etibarilə, müqavilədə göstərilən rəqəmlərlə vətəndaşın əldə etdiyi çıxarışdakı rəqəm bəzən yerindən asılı olaraq, təqribən 5-8 faizlə ifadə edilən ciddi fərqə səbəb olur.

Belə olduğu halda isə vətəndaş 125 kvadrat metr sahəsi olan mənzil alıb, ancaq çıxarışda 115 kv qeyd edilibsə, niyə əlavə məbləğ ödəməli olduğunu fikirləşir. Ona görə də bu halla üzləşən vətəndaşlar aldadıldıqlarını düşünürlər.

Məsələnin həlli üçün vahid mexanizmin müəyyən edilməsinə ehtiyac var. Ya inşaat şirkətlərinə tikintialtı sahəni satmamaları ilə bağlı göstəriş verilərək müqavilədə yalnız istifadə üçün nəzərdə tutulan daxili sahənin göstərilməsi tələb edilməlidir, ya da reyestrdən məhz inşaat şirkətlərinin verdiyi sənədlər üzrə çıxarış təqdim olunmalıdır. Nəticədə vətəndaşlarda vurğulanan fərqlə bağlı çaşqınlıq və digər mənfi təsəvvürlər yaranmayacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

3851
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv