!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzillərdə otaqların ölçüləri ilə bağlı normalar müəyyənləşdi

!Reklam – Yazi

Mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.

Yenicag.az-ın məlumatına görə, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Normalara əsasən mənzillərdə otaqların sahəsi aşağıdakılardan az olmamalıdır:

– birotaqlı mənzildə ümumi otaq – 15 m²-dən;

-birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən;

– iki və daha çox otaqlı mənzillərdə ümumi otaq – 16 m²-dən;

– yataq otağı – 8 m² (iki adama – 10 m²-dən);

– mətbəx – 8 m²-dən;

– mətbəx-yemək otağında mətbəx zonası – 6 m²-dən.

Birotaqlı mənzillərdə sahəsi 5 m²-dən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol verilir. Mansarda mərtəbəsində (və ya maili xarici divarı olan mərtəbədə) yataq otağı və mətbəxin sahəsinin 7 m² -dən az olmamaqla qəbul edilməsinə yol verilir, bu halda ümumi yaşayış otağının sahəsi 16 m²-dən az olmamalıdır.

Yaşayış otaqlarının və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır. Mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır. Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv