!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mənzurədən İDDİALI SÖZLƏR: “İndiyə qədər mənim kimi “Şahnaz” oxuyan olmayıb”

!Reklam – Yazi

“O vaxtlar heç vaxt muğamata qulaq asmırdı, hər yerdə ancaq oynaq mahnılara tələbat vardı”.

Yenicag.az xəbər verir ki, bu sözləri sənətə gəlişi və musiqidə janr seçimi haqda danışan müğənni Mənzurə Musayeva deyib.

Sənətçi həyat yodaşından boşandıqdan sonra oxumağa başladığını bildirib:

“Mən o vaxtlar bir “Şahnaz” oxumuşam, hələ indiyə qədər elə “Şahnaz” oxuyan olmayıb. Eləcə də “Kəsmə şikəstə”… Onu heç kim hələ mənim kimi oxumayıb.

Həyat yodaşımdan ayrılandan sonra başladım oxumağa. Təhmiraz Şirinov məni toya aparmağa başladı. Daha sonra Səyyad Əlizadə ilə duet oxudum, başladım tanınmağa.

O vaxtlar heç kim muğamata qulaq asmırdı, hər yerdə ancaq oynaq mahnılara tələbat vardı. Rəhmətlik Baloğlan Əşrəfov, Məmmədbağır Bağırzadə Corata toya gəlirdilər, mağarın qırağından baxırdıq ki, görək hansı mahnıları oxuyacaqlar.

Görürdük, camaat oynaq mahnılar istəyir. Bundan sonra dedim, mənim mahnım niyə olmasın. Daha muğam oxumaq qurtardı. İndi toy oxumağa nə var ki… İndikilər fonoqramı qoyur, başlayır oxumağa”.

Nehru

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv