!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərc oyunlarına ARTAN MARAQ: "Ağıla yox, şansa ümid edən cəmiyyət..."

!Reklam – Yazi

“Geridə qalmış cəmiyyətlər ağıla yox, şansa ümid edir”.

Bu sözləri lotereya, mərc oyunları, “poz-qazan” və digər asan vasitələrlə anında zəngin olmaq vasitələrinə marağın artmasına, son vaxtlar bunun kütləviləşməsinə münasibət bildirən millət vəkili Fazil Mustafa Yenicag.az-a açıqlamasında deyib.

Fazil Mustafa bildirib ki, insanların bu cür oyunlara marağı maddi durumun pisliyi ilə bağlı deyil:

“Geridə qalmış cəmiyyətlərdə insanlar şansa böyük ümid bəsləyirlər. Ağıla ümid bəsləməyən insanlar şansa daha çox ümid bəsləyir. Çünki ağıl ilə istənilən situasiyadan çıxış yolu tapa bilərsən. Şans o zaman ön plana çıxır ki, ağıla tam güvənmirsən, yeganə yol şansa qalır.

Fikrimcə, bunun qarşısını almaq imkanları o qədər də çox deyil. Vaxt var idi Bakının ortasında hamı loto oynayırdı. Çayxanalarda oturanların əksəri əmək qabiliyyətlidir. Hamı dominoya qurşanıb. Bunu bəzi yerlərdə qumar vasitəsi kimi də istifadə edirlər. Bəzi insanlarda vaxt öldürmək hobbisi var. Boş vaxtı səmərəli dəyərləndirmək üçün ağıl lazımdır. Düşünürsən ki, ömür qısadır, bu vaxt ərzində nələrəsə nail olmalıyam. Elə ki, ağıl tükənir, onda vaxtın tez keçib-getməsi üçün hamı səfərbər olur. Böyük insanlar seriallardan asılı qalıb. Seriallardan isə nemunəvi heçnə qazanılmır.

Heyvanlar aləminə baxsalar, hansısa təkamül, heyvanların davranışı ilə bağlı nəyisə öyrənərlər. Elmi, tarixi proqrama baxsalar, texnolji prosesin necə getdiyini bilərlər. Əgər bunlar yoxdursa, bu insanların özü ilə bağlı məsələdir və geridəqalmışlığın bir əlamətidir”.

İnsanların lotereyaya marağının artmasının işsizliklə əlaqələndirilməsinə gəldikdə isə, millət vəkili bunları deyib:

“Daimi iş yerləri azdır, sıxıntılar var. Saxta statistika ilə iş yerlərinin sayı yüksək göstərilir. Bununla da heç nə həll olmur. İşsizlik cəmiyyətdə problemdir. Ancaq bu halın işsizliklə bir əlaqəsi yoxdur. İşi olan minlərlə insan var, işdən sonra zamanını yenə də boş keçirir. İnsanların çalışqanlıq istəyi də yüksək deyil.

Bu cür məsələni təkcə işsizliyə bağlamıram. İnsanların ağlına güvənmədən şansa bağladığı xarakterinə bağlayıram. Çevrəmizdə də insanlar var ki, oxumur, oxumaq istəmir. Yəhudi uşağı 6-7 yaşından bilk qazanmaq üçün bütün enerjisini sərf edir. Bizdə isə 20 yaşında ayılırsan ki, heç nə bilmirsən. Yaxşı deyirlər, tanrı çalışanın dostudur. Ona görə də, şansa meyillilik işsizliklə bağlı deyil, bu xarakterlə bağlıdır”.

Səxavət Məmməd

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv