!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mərhum aktyora hörmətsizlik olunub? – Novruz Qartalın xanımına teatrdan CAVAB

!Reklam – Yazi

Mərhum aktyor Novruz Qartalın həyat yoldaşı Zərqələm Əliyeva Musiqili Teatrın rəhbərliyi və kollektivi ilə bağlı iddia irəli sürüb. O, teatr rəhbərliyinin və kollektivinin söz versələr də, mərhum aktyor Novruz Qartalın 40 mərasiminə gəlmədiklərini, nəticədə onu maddi xərcə saldıqlarını deyib. O, bunu həm də mərhum aktyora qarşı hörmətsizlik kimi dəyərləndirib.

Teatrın mətbuat katibi Fəridə Aslanova Yenicag.az-a açıqlama verərək, məsələyə belə aydınlıq gətirib:

“Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mərhum aktyoru, Əməkdar artist Novruz Əliyevə (Qartal) həmişə böyük hörmət və diqqət göstərilib. Kollektivimiz hər zaman onun yanında olub, dünyasını dəyişən günə qədər… Bildiyimiz kimi, Novruz Əliyevin 7 mərasimi Bakıda keçirilib və teatrımızın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və direktor müavinləri başda olmaqla, kollektivimizin bütün üzvləri, demək olar ki, hər kəs orada iştirak edib və ailəsinə müəyyən maddi köməklik göstərilib.

Düzdür, teatr kollektivi aktyorun Gəncə şəhərində keçirilən 40 mərasimində iştirak edə bilməyib. Bunun da çox ciddi və tutarlı səbəbləri var.

Həmin mərasimdən 2 həftə öncə teatrda koronavirusa yoluxanların sayının artması ilə əlaqədar bir çox profilaktik tədbirlər görülüb. Hətta teatrın daxili əmri ilə tamaşaların məşqləri də dayandırılmışdı və yalnız həftəsonları tamaşalar göstərilirdi. Bu səbəbdən də xəstəliyin daha çox yayılmasının qarşısının alınması baxımından Gəncəyə getmək mümkün olmadı.

Əslində isə teatrın rəhbərliyi tərəfindən xüsusi avtobus təşkil olunaraq, mərhumun yas mərasiminə gedəcək heyətin iştirakının təmin olunması üçün müəyyən işlər də görülmüşdü. Çox təəssüf ki, bütün bunlara baxmayaraq, xəstəlik səbəbindən kollektivimiz mərhum sənətkarın 40 mərasimində iştirak edə bilməyib”.

F.Aslanova onu da bildirdi ki, mərasimə gedilməyəcəyi barədə qabaqcadan ailəyə məlumat verilib:

“Bir məqamı da vurğulayım ki, ziyarətin təxirə düşməsinin səbəbləri barədə 2-3 gün öncə teatrımızın truppa müdiri Əməkdar mədəniyyət işçisi Vidadi Həsənov tərəfindən Novruz Qartalın xanımına bildirilib”.

Qeyd edək ki, mərhum aktyorun xanımı bu barədə “Qaynarinfo” saytına açıqlamasında bu iddianı səsləndirib.

Cəvahir

www.yenicag.az

1249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv