!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mərhum bəstəkarın xanımı: “İndi hamı “çaqqa-çukka” yazır, oxuyur, məşhurlaşır”

!Reklam – Yazi

“Haqsızlıqlarla qarşılaşdığı üçün ömrünün son günlərində, xəstə yatdığı vaxtlarda deyirdi, kaş bəstəkar olmazdım…”

Bu sözləri məşhur bəstəkar Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər Yenicag.az-a açıqlamasında deyib.

A.Əkbər bildirib ki, milli musiqimizə verdiyi bənzərsiz töhfələrə baxmayaraq, bəstəkarın həyatdan zəhmətinə qiymət almadan köçməsi onun ailəsinə ağır zərbə olub:

“Son vaxtlar Tahir özü də bezmişdi, incimişdi, hətta bəzi məqamlarda sarsılmışdı da… Elə hey təəssüflənirdi. Haqsızlıqlarla qarşılaşdığı üçün ömrünün son günlərində, xəstə yatdığı vaxtlarda deyirdi kaş bəstəkar olmazdım. İnsan illərlə həyatını bu sənətə verdi, ömrünü xərclədi, amma əməyinin bəhrəsini görmədən bu dünyadan köçdü. Elə mən də deyirəm ki, kaş Tahir bəstəkar olmayaydı, başqa bir sənətin sahibi olardı. Bir əsər üzərində saatlarla, günlərlə, aylarla işlədi, musiqiləri ilə Azərbaycan mədəniyyətinə töhfələr verdi, amma nə olsun?! Zəhmətinin bəhrəsini görmədi. Bu məqam məni çox incidir”.

Ömür-gün yoldaşı Tahir Əkbərin arxivində qalan mahnıların aqibəti barədə də danışıb:

“Tahir o bəstəkarlardan idi ki, onun musiqisi yerdə qalmırdı. Dərhal müğənnisini tapırdı, o mahnı məşhurlaşırdı. Amma bir neçə yeni mahnısı var arxivində. Bir neçə adamda da səs yazısı şəklində hələ üzə çıxmamış ifalar var. Açığı, düşünürəm ki, o mahınların hansısa müğənnilər tərəifndən ifa olunmasına qarşıyam. İstəmirəm, oxusunlar. Onun yazdıqlarına da heyf. İndi hamı “çaqqa-çukka” yazır, oxuyur, məşhurlaşır. Tahirin yazdıqları sənət əsəridir, bu gün onlar milli musiqinin inciləri kimi tarixdə qalacaq”.

Cəvahir

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv