!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərhum Tünzalə Əliyevanın qızı seriala çəkilir

!Reklam – Yazi

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın azyaşlı qızı Zəhra seriala çəkilir.

Yenicag.az xəbər verir ki, bu barədə aktrisa Xuraman Əlizadə məlumat verib.

O bildirib ki, Zəhra bir vaxtlar anasının rol aldığı “Qaratikan” serialında oynayacaq.

“Sabahəli (X. Əlizadənin oğlu – red.) bildi ki, çəkiliş meydançasına bizim Toppuşumuz, Tünzalənin nişanəsi olan Zəhra gəlib, dedi, apar onu görüm. Əlbəttə, apardım. Siz onların görüş anını görəydiniz. Allah bütün balaları saxlasın”, – deyə aktrisa qeyd edib.

Xatırladaq ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra yanvar ayında dünyasını dəyişib.

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv