!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mərhum Xalq artisti ilə bağlı GİZLİNLƏR: “O uğursuz eşqi özü ilə məzara apardı” - FOTOLAR

!Reklam – Yazi

“Onun qəlbində böyük, amma uğursuz bir eşq-məhəbbət var idi, o eşqi də ürəyində, ruhunda yaşatdı, elə ürəyində də öldürüb özü ilə axirət dünyasına apardı”.

Bunu bu gün anım günü olan tanınmış aktrisa Zərnigar Ağakişiyeva ilə bağlı xatirələrini bölüşərkən Xalq artisti, rejissor Əbdül Mahmudbəyli Yenicag.az-a açıqlamasında deyib.

Ə.Mahmudbəyli mərhum həmkarını kövrələrək yad edib:

“Zərnigar ən yüksək tərifə layiq, lakin sənətində lazımınca qiymətini, haqqını almayan klassik bir aktrisadır. Zərnigar Azərbaycan kino və teatr aləmində müəyyən bir mərhələ idi. Çox təəssüflər olsun ki, nə kino, nə də teatrda ondan lazımi qədər istifadə edə bimədilər. Fakturası, istedadı, potensialı ilə onu təkrarlayan ikinci bir aktrisa yoxdur. Heyf ki, onun həyatında 15 ilə yaxın durğunluq dövrü başladı. Səhnədən, kinodan, yaradıcılıqdan aralı düşdü, özünə qapandı və Allahın bizə hədiyyəsi olan Zərnigar Ağakişiyevanı itirdik. Ölümü indiyə qədər məni yandırıb-yaxır. Acınacaqlı bir sonluq idi. Heyf ki, digər sənətkarlarımız kimi, Zərnigar da bu dəhşətli həyat dramını yaşadı. Ölüm xəbəri hər kəsi göz yaşına boğdu. O, mənim qəlbimin, ruhumun adamı idi. Allah Raim Ocaqova rəhmət eləsin, onu “Təhminə” filminə çəkdi və bizə gözəl bir yadigar qoydu. Zərnigarın o filmdə yaratdığı obraz mükəmməldir və bütün filmin dadı-duzudur. Zərnigar qeyri-adi istedada malik, təbii aktrisa idi, onu hər kəs sevirdi. Mərd, sədaqətli qadın idi, sənətinə də, uğursuz sevgisinə də sona qədər sadiq qaldı. Hər qadın və hər aktrisa bunu bacarmazdı”.

Cəvahir

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv