Almaniyanın baş naziri Angela Merkel Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik mövzusunda keçirilən Berlin konfransında çıxış etmək üçün səhnəyə qalxarkən yıxılıb.
Yenicag.az xəbər verir ki, insidentin əks olunduğu videogörüntünü “Daily Mail” portalı özünün “YouTube” kanalında yayıb.
Bunu zarafatla qarşılayan Merkel pillələri görmədiyini, ancaq gələn dəfə onlardan mütləq istifadə edəcəyini bildirib.
Öz çıxışında o, almaniyalı sənaye nümayəndələrinə və ticarət palatalarına müraciət edib, Dünya Ticarət Təşkilatında dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.