Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Merkelin nə qədər pensiya alacağı açıqlandı

Vəzifəsindən getməyə hazırlaşan Almaniya kansleri Angela Merkelin alacağı pensiyanın məbləği açıqlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 16 ildir Baş nazir vəzifəsini icra edən Merkel aylıq 30 min avro maaş alır.

Bundan əlavə, kansler Federal Məclisin üzvü olduğu üçün də 10 min avro alır. Merkel vəzifədən getdikdən sonra 3 ay ümumi maaşını, 21 ay isə toplam əməkhaqqının yarısını almağa davam edəcək.

Merkelin pensiya məbləğinin hesablanmasında isə onun tutduğu bütün vəzifələr nəzərə alınacaq. Hesablamalara görə, kansler aylıq 15 min avro pensiya alacaq.

Angela Merkel istədiyi təqdirdə həyatının sonuna qədər mühafizə və xidməti avtomobilə də sahib olacaq.

www.yenicag.az

174
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100