!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəz seçim turu keçirildi - FOTOLAR

!Reklam – Yazi

 

12.10.2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayon təhsil sektoru,  Mil-Muğan Regional Gənclər və İdman İdarəsi Beyləqan rayonu üzrə Gənclər və İdman sektoru, Beyləqan rayon İcra Hakimiyyəti və Mil İntellektual Klubunun təşkilati dəstəyi ilə təşkilatımız tərəfindən icra edilən “Beyləqan məktəbliləri arasında “Vətən kuboku” layihəsi çərçivəsində Beyləqan Gənclər Evi SXM-in akt zalında Mərkəz seçim turu keçirildi. Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Mürsəl Behbudlu yarış iştirakçılarına uğurlar arzulamışdır. Aparıcı İmran Yaqubzadə qaydaları izah edərək yarışmaya başlamışdır. 8 komandanın qatıldığı seçim turunda müvafiq olaraq Beyləqan şəhər 1 nömrəli məktəbin, 2 nömrəli məktəbin və Təbiət və Humanitar Fənlər Təmayüllü liseyin komandaları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerin sahibi kimi final vəsiqə qazanmışdır.

Qeyd edək ki, layihə 01.08.2023-cü il tarixlərini əhatə edir. Layihə çərçivəsində Beyləqan rayonu 5 zonaya bölünmüşdür. Hər zonada yerləşən məktəblilər yarışa cəlb edilmişdir. Hər zonadan ilk 3 yeri tutan komanda finala vəsiqə qazanacaqdır.

www.yenicag.az

65
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv