!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Amerikada qasırğa onlarla insanın həyatına son qoydu - FOTO

!Reklam – Yazi

Mərkəzi Amerikada “Culiya” qasırğasında azı 28 nəfər ölüb. Yerli hakimiyyət qasırğanın keçdiyi ərazidə güclü daşqın səbəbindən bir neçə min insanı təxliyə edib.

Ən çox ölüm halı Qvatemalada qeydə alınıb – ümumilikdə 14 nəfər ölüb. 1,3 mindən çox insan daşqından təhlükəsiz ərazilərə təxliyə edilib. 1,6 minə yaxın yaşayış binası da dağılıb.

Qonşu Salvadorda isə 9 nəfər həlak olub, minə yaxın insan təxliyə edilib. Güclü külək və çay daşqınları nəticəsində bəzi əsas magistral yollar bağlanıb.

Hondurasda “Culiya” qasırğası altı yaşlı uşaq da daxil olmaqla üç nəfərin həyatına son qoyub.

Nikaraquada azı 2000 yaşayış binası dağılıb. Ölənlər barədə məlumat verilməyib. Rəsmi məlumatlara görə, Panamada da iki nəfər ölüb. Qonşu Kosta-Rikanın hakimiyyət orqanları insan ölümləri barədə məlumat verməyib.

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv