!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mərkəzi Bank hökümətə qarşı bir növ müxalif xarakterdə olmalıdır” - ŞƏRH

!Reklam – Yazi

“Xarici ölkələrin təcrübəsində Mərkəzi Bankların əlində olan alətlərin istifadəsinə geniş imkanlar olur”.

Bu sözləri Milli Məclisin Mərkəzi Banka iqtisadi müstəqilliyin verilməsinə dair layihəni təsdiqləməsinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, ümumən Azərbaycandakı iqtisadi sistemdə ciddi problemlər mövcuddur ki, bu da bir çox çətinliklər yaradır.

“Mərkəzi Banka publik hüquqi şəxslər yaratmaq, hər hansısa tədris müəssisələri təsis etmək, müəyyən qiymətli kağızlarla bağlı əməliyyatlar həyata keçirmək və gəlir əldə etmək kimi bir çox səlahiyyətlər verilib. Əslində bu daha çox Federal Rezerv Sistemi, yəni ABŞ-nin Mərkəzi Bankına oxşar səlahiyyətlərdir. Bəzi ölkələrin, eləcə də Avropa ölkələrinin Mərkəzi Banklarında bu cür sistemlər mövcuddur.

Ümumiyyətlə, Mərkəzi Bankın müstəqil qurum kimi formalaşması çox vacib faktordur. Yəni sözügedən orqan hökümət deyil, dövlət orqanı olmalıdır. Hətta sözün yaxşı mənasında hökümətə qarşı bir növ müxalif xarakterdə olmalıdır. Belə ki, hökümət daha çox pul xərcləmək istədikdə, monetar siyasətə müdaxilələri artırdıqda, Mərkəzi Bank bu tədbirlərin qarşısını ala biləcək müəyyən səlahiyyətlərə malik olmalıdır. Çünki sözügedən qurumun əsas funksiyası həm də inflyasiya ilə mübarizədir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, beynəlxalq praktikaya uyğunlaşdırılma aparılır.

Lakin problem ondan ibarətdir ki, xarici ölkələrin təcrübəsində iqtisadi sistemin özü çoxşaxəli və müxtəlif olduğuna görə, Mərkəzi Bankların əlində olan alətlərin istifadəsinə geniş imkanlar olur. Bizdə isə, iqtisadi sistemin özündə bəzi ciddi problemlər var. Məsələn, qiymətli kağızlar bazarı yoxdur, məzənnə inzibati qaydada tənzimlənir, səhmdar cəmiyyətlərin ölkə iqtisadiyyatında iştirak və payı azdır, sərbəst dövriyyəsi olan səhm bazarı mövcud deyil. Ölkənin səhm bazarının indeksi belə yoxdur. Əgər bu tədbirlər həm də ölkənin iqtisadi sistemini dəyişdirəcək addımların ilki kimi qəbul edilibsə, effekti və müsbət təsirlərinin şahidi olacağıq. Yox, əgər iqtisadi sistem elə əvvəlki qaydada qalsa, Mərkəzi Bank bu səlahiyyətlərindən istifadə etmək üçün imkanlardan kifayət qədər məhrum olacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv