!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankdan gözlənilməz “GERİDÖNÜŞ”: “İndiki şəraitdə uçot dərəcəsinin aşağı salınması...”

!Reklam – Yazi

“Ola bilsin, Mərkəzi Bank digər amillərlə yanaşı, bu faktorun da üzərində fokuslanaraq belə bir qərar qəbul edib”.

Bu fikirləri Mərkəzi Bankın uçot dərəcəsinın aşağı salınmasına dair qərarını dəyərləndirən iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud durumda kapitallaşmanı və məcmu tələbi zəiflədəcək daha sərt siyasət həyata keçirilməsinin mənası yoxdur:

“Həmin qərarın indiki şəraitdə adekvat olduğunu söyləmək mümkündür. Mərkəzi Bankın uçot dərəcəsi siyasəti düzgün olsa da, maliyyə bazarlarında uçot dərəcəsinin zəif alət olduğunu nəzərə almaq lazımdır. Bu səbəbdən, həmin alətin inflyasiya və digər istiqamətlərə təsir imkanları aşağıdır.

Kapitallaşmanı və məcmu tələbi zəiflədəcək daha sərt siyasət həyata keçirilməsinin mənası yoxdur. Çünki əsas problem iqtisadiyyatın böyüməməsindədir. Azərbaycan iqtisadiyyatı, xüsusilə, qeyri-neft sektoru böyük kapital tələb edir. O baxımdan, kapital qoyuluşları və məcmu tələbi iqtisadi aktivliyə öz təsirini göstərə bilər.

Qəbul edilən qərarın böyük dəyişikliklərə səbəb olacağını düşünmürəm. Lakin burada söhbət mesajların pozitivliyindən gedir. Fikrimcə, haqqında danışdığımız qərar Mərkəzi Bankın gələcək siyasəti ilə bağlı nisbətən pozitiv mesajların bazara ötürülməsinə xidmət edə bilər.

Eyni zamanda, bu qərarın banklararası bazara da təsir göstərməsi istisna deyil. Bu sahənin inkişaf etdirilməsi ən mühüm problemlərdən biridir. Çünki bazar çox kiçikdir. Amma son dövrlərdə müəyyən nəticələrin əldə edildiyi də vurğulanmalıdır.

Faizlər yüksək olduqda, banklararası bazarda da faizlər bahalaşır. Bu da dövriyyə və cəlbediciliyə neqativ təsir göstərir. Ola bilsin, Mərkəzi Bank digər amillərlə yanaşı, bu faktorun da üzərində fokuslanaraq belə bir qərar qəbul edib”.

Yusif Səmədzadə

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv