Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Faiz dəhlizi parametrləri dəyişməz olaraq saxlanılıb.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti qərar qəbul edib.

Bildirilib ki, uçot dərəcəsi 6,25 faiz, dəhlizin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faiz səviyyəsində saxlanılıb.

Qeyd edilib ki, bu qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilib. Aparılmış təhlillər inflyasiya üzrə risk balansında amillər arasında əhəmiyyətli bir dəyişikliyin baş vermədiyini göstərir. Stabilləşdirici amillər olan – neftin qiymətinin yüksəlməsi, xarici balansın yaxşılaşması, əsas siyasət lövbəri olan məzənnə sabitliyi, iqtisadi fəallığın zəif bərpası artırıcı amillər olan – dünya ərzaq qiymətlərinin yüksəlməsi, kontr-tsiklik fiskal siyasət və gözlənilən monetar genişlənməni tarazlaşdırır. Qeyri-monetar inflyasiya səviyyəsi bir qədər yüksəlsə də baza inflyasiya stabil olaraq qalır. Qiymətləndirmələr ilin sonuna inflyasiyanın Mərkəzi Bankın hədəf dəhlizi daxilində qalacağını göstərir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf parametrləri ilə müqayisəsi, ortamüddətli proqnoz fonunda risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.

Loading...

www.yenicag.az

163
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100