!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın dollar SİYASƏTİ: "Azərbaycan manatı Rusiya və Türkiyə valyutaları üzərində dəyərini artırıb, lakin..."

!Reklam – Yazi

“Mərkəzi Bankın xarici ticarətin son 6 aydakı müsbət saldosuna baxdıqda rahatlıqla demək olar ki, indiki məqamda ölkənin valyuta bazarında bir gərginlik yoxdur. “

Bu sözləri hazırkı dövrdə ölkədə dollara tələbatın səviyyəsindən danışan iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib:

“Azərbaycanda valyuta bazarının formalaşmasından danışarkən ilk öncə, dolları satan və alan tərəfləri nəzərə almaq lazımdır. Bu ptosesdə iştirak edənlər əsas Dövlət Neft Fondu, SOCAR, dollarla vəsait qəbul edən ixracatçılardır. Burada əsas oyunçu isə Dövlət Neft Fondu hesab edilir. Bu qurum nə üçün dolları satır? Bu fond illik olaraq dövlət büdcəsinə transferlər həyata keçirir. Transferləri etmək üçün manatdan istifadə edir.

Dolları alan tərəflərə nəzər saldıqda isə idxalçıları görmüş olarıq. Siyahıya daha çox vətəndaşlar daxil edilir. Belə ki, müxtəlif avadanlıqlar, materiallar gətirən tərəflər nəzərə alınmalıdır. Həmiçnin vətəndaşların turizm idxalı da siyahıya daxil edilir.

Burada nüans ondan ibarətdir ki, Mərkəzi Bankda fiks edilmiş dollar siyasəti həyata keçirdiyinə görə və bu rejimin davam etməsi üçün artıq və əskik dollarları bazardan yığışdırır. İndi hazırda Azərbaycanda dollara olan tələbatın artıb-azalmasını Mərkəzi Bankın rezervləri ilə müqayisə etmək olar. 2022-ci il 31 dekabr tarixinə olan rezervlərinə görə bu rəqəm təxminən 9 milyard dollar həcmində idi. 31 iyul tarixində isə 9 milyard 244 milyon dollar həcmindədir. Bu o deməkdir ki, qeyd olunan dövr ərzində artıq olan 250 milyon dolları özü alıb ki, bazarda artıqlıq müşahidə edilməsin. Avqust ayına olan dəyişikilikləri sentyabrın əvvəlində biləcəyik.

Digər tərəfdən müşahidə olunan odur ki, idxal artmaqdadır. Yanvar-iyun aylarında ölkənin idxalı 8,5 faiz artıb. İdxal artdıqca valyutaya da tələbat artır. Ancaq Azərbaycanda idxalın artmasına baxmayaraq bu altı ay ərzində təqribən xarici ticarətin 6 milyard 556 milyonluq müsbət saldosu olub. Yəni ixrac idxalı üstələyib. Bu da neft-qaz satışlarının daha çox satışı və qeyri-neft qaz satışının nisbətən artımı ilə baş verib.
Mərkəzi Bankın xarici ticarətin son 6 aydakı müsbət saldosuna baxdıqda rahatlıqla demək olar ki, indiki məqamda ölkənin valyuta bazarında bir gərginlik yoxdur. Risk və narahatlıqlar isə vardır. Xüsusən də Azərbaycanın xarici ticarətində əsas rol oynayan Rusiya və Türkiyənin valyutalarında kəskin enişlər olub. Bu da Azərbaycan manatının həmin ölkələrin valyutaları üzərində dəyərini artırıb. Lakin bu məqam narahatlıq yaradır. Həm ticarətdə rəqabət qabiliyyətliliyini pisləşdirir, eyni zamanda psixoloji təyziq yaradır. Ancaq indiki məqamda, xüsusən də inflyasiyanın yüksək olduğu şəraitdə və qarşıdakı aylarda hər hansısa valyutayla bağlı bir risk yoxdur”

Yusif Səmədzadə

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv