!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın keçirdiyi SORĞU: "İşin düzgün metodologiya ilə aparılmaması..." - REAKSİYA

!Reklam – Yazi

“İşin düzgün metodologiya ilə aparılmaması nəticənin də təhrif edilməsinə səbəb olur”.

Bu fikirləri Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilən 2023-cü ilin III rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə münasibət bildirən iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, bu sorğunun aparılması Mərkəzi Bankın işini düzgün bilməməsinin nəticəsidir:

“Bu cür məlumatlar sorğu əsasında hazırlanmalı deyil. Mərkəzi Bank sorğu deyil, birbaşa məlumatın özünə əsaslanaraq təhlil aparmalıdır. Fikrimcə, bu sorğunun aparılması Mərkəzi Bankın işini düzgün bilməməsinin nəticəsidir.

AMB birbaşa şəkildə məlumatlar əsasında bank sektorunun kreditləşmə fəaliyyətini qiymətləndirməli idi. İşin düzgün metodologiya ilə aparılmaması nəticənin də təhrif edilməsinə səbəb olur. Odur ki, Mərkəzi Bankın bu işi israf və faydasızdır. Verilən nəticələr təhrif edildiyinə görə, hansısa yanlış qərara da səbəb ola bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv