!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın özünü ALDATMASI: “ İnflyasiyanı cilovlamaq mümkün deyil” - ŞƏRH

!Reklam – Yazi

Mərkəzi Bankın ən önəmli hədəfi olan inflyasiyanı cilovlamaq yönümündə addımları özünü gülünc vəziyyətə salır”.

Bu sözləri Mərkəzi Bankın manatın mövcud inflyasiya riski qarşısında atdığı addımlara münasibət bildirən iqtisadçı ekspert Elçin Rəşidov Yenicag.az-a açıqlmasında qeyd edib.

O bildirib ki, manatın inflyasiyasının qarşısını ala biləcək yeganə qərar FED-in faiz dərəcələrinin artırmasıyla bağlı ola bilər:

“Mərkəzi Bankın siyasəti Azərbaycanda dolların qiymətini sabit saxlamaqdır. Məzənnə sabit saxlanıldıqda AMB tələb – təklif məsələləri ilə bir növ desək, oynaya bilmir. Bu məsələ üzrə demək olar ki, Mərkəzi Bankın əli bağlı vəziyyətdədir.

AMB siyasəti düzgün həyata keçirməsə, dolların məzənnəsi hazırkı mövqeyini dəyişə bilər. Eyni zamanda həddən artıq dolların bazara çıxarılması problemlər yarada bilər. Yəni bazara həddən artıq dolların çıxarıldığı zaman bazardan da həmin miqdarda manat yığmalıdır.

Bir nüansı da nəzərə almaq lazımdır ki, idxal və ixracatçılar da dolların ölkədəki miqdarına təsir göstərə bilirlər. Bu səbəbdən də Mərkəzi Bank dolların səviyyəsini qorumaq məqsədilə daim gündəlik olaraq bazara müdaxilələr tətbiq edir.

Belə bir şəraitdə Mərkəzi Bankın ən önəmli hədəfi olan inflyasiyanı cilovlamaq yönümündə addımları özünü gülünc vəziyyətə salır. Çünki AMB-nin inflyasiyanı cilovlamaq imkanı yoxdur və özü özünü aldadır.

Sözügedən qurumun idarə heyəti ilə keçirdiyimiz görüşlərdə anladım ki, onların bu yönümdə kompetensiyaları yoxdur. Böyük ehtimalla onlar özləri də aldanmış vəziyyətdədirlər.

Əslində isə, inflyasiyanı cilovlamaq mümkün deyil. Bu istiqamətdə atılan bütün addımlar sonda əks nəticə verib.

Məsələn, qurum banklara verdiyi faiz dərəcələrini yüksəltmək vasitəsilə manatı qiymətini qaldırmaq istəyir. Baxmayaraq ki, bunun iqdisadiyyata zərəri var: iqtisadiyyatda canlanma aşağı düşür, kredit qiymətləri artır və s. Lakin inflyasiyanı cilovlamaq düşüncəsi ilə bunları həyata keçirirlər.

Anlamaq lazımdır ki, əgər bu addımlar xarici valyutalara nisbətdə manatın qiymətini artıracaqsa, gündəlik müdaxilələr zamanı bazara yenidən manat buraxmalı olur.

Azərbaycanı inflyasiyadan xilas edə biləcək yeganə yol yalnız FED-in faiz dərəcələrini artırması ilə bağlı qərarı ola bilər. Həmin qərarla da dolların qiyməti qalxsa, avtomatik olaraq  manatın qiyməti artmış olar. Yalnız bu yolla inflyasiya aşağı düşə bilər. Bunlardan başqa Mərkəzi Bankın etdiyi “rəqslər”in faydası yoxdur”.

Yusif Səmədzadə

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv