!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın proqnozları və QLOBAL RİSKLƏR: “Sərt pul siyasəti davam etdirilsə...”

!Reklam – Yazi

“İrəli sürülən proqnozların doğrulması üçün geosiyasi risklərin azalması şərtdir”.

Bu fikirləri Mərkəzi Bankın inflyasiya ilə bağlı 3 illik proqnozunu dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında bildirib.Onun sözlərinə görə, Yaxın Şərq və Ukraynada müharibələrin davamlılığı bütün dünyada kəskin qiymət artımına səbəb ola bilər:

“Əlbəttə, bu, ilk baxışda inandırıcı görünmür. Ümumiyyətlə, mövcud geosiyasi vəziyyətdə dəqiq proqnozlar vermək çox çətindir. Dünyada, daha dəqiq Yaxın Şərq və Ukraynada baş verən gərginliklər davam edəcəksə, kəskin qiymət artımının davamlı olacağı şübhəsizdir.

Bu isə o deməkdir ki, qlobal iqtisadiyyatda gedən proseslərin bizə də təsiri olacaq. İndiki dövrdə Azərbaycanda müəyyən makroiqtisadi sabitlik mövcuddur. Yəqin ki, Mərkəzi Bank və digər qurumlar buna əsaslanaraq, nikbin fikirlər səsləndirirlər.

İrəli sürülən proqnozlar o halda real ola bilər ki, Mərkəzi Bank indiki kimi sərt pul siyasətini həyata keçirsin və dövriyyədəki pul həcminin artmasına imkan verməsin. Amma yenə də bu sadalananlara nail olmaq üçün geosiyasi risklərin azalması şərtdir”.

Yusif Səmədzadə

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv