!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Nəbatat bağının 70 min manatlıq su borcu ilə bağlı AÇIQLAMA/YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Nəbatat Bağının quruma olan 70 min manat borcu olması ilə bağlı yayılan xəbərlərə açıqlama verib.

Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bağın quruma 75 min manata yaxın borcu var:

“Bu borc Mərkəzi Nəbatat Bağının Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində olan dövrünə aiddir. Son bir il ərzində isə heç bir ödəniş edilməyib. Bizim mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müəssisəsi kimi qeydə almağımız üçün mütləq borc son qəpiyinə kimi ödənilməlidir. Yaxud AMEA razılaşma protokolu imzalamalı və borcun onlara məxsus olduğunu təsdiqləməlidir. Çünki mərkəz BŞİH yeni daxil olub və biz gedib deyə bilmərik ki, bağın 75 min suya borcu var. Borc öhdəliyini AMEA üzərinə götürməlidir. Daha sonra biz bağı BŞİH müəssisəsi kimi qeydə ala bilərik. Bundan sonra isə aylıq suya olan ödəniş həmin quruma yazılar”.

***

13:46

“Azərsu-dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var”.

Yenicag.az xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

“AMEA bütün kommunal borcları ödəyir. Nə üçün indi belə bir borc ortaya çıxır? Bunu Botanika İnstitutundan öyrənməlidirlər”, – deyə İ.Həbibbəyli bildirib.

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv