!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məscidə və müsəlmanlara qarşı çirkin hücum

!Reklam – Yazi

Bosniya və Herseqovinanın cənubundakı Kapljina şəhərində məscidə və müsəlmanların yaşadığı evlərə çoxlu hücumlar edilib.

Yenicag.az “İHA”ya istinadla xəbər verir ki, Kapljina İslam Şurasının sədri İmam Adem Suta verdiyi açıqlamada hücum edənlərin şəxsiyyətinin müəyyən edilmədiyini bildirib.

“Əvvəlcə məscidin şüşələrini sındırdılar, sonra silah ilə pəncərələrə və qapıya atəş açıblar. Həmçinin məscidin qarşısındakı daşın üzərinə ölü kərtənkələlər buraxıblar. Hücumlar ciddi maddi ziyana səbəb olub.

Müharibə zamanı evlərini tərk edib sonradan geri qayıdan bosniyalı ailələrin evlərinə də hücum edilib. Bəzilərinin pəncərələri sındırılıb, bəzilərinin evləri qarət edilib.

Hücum edənlər bosniyalılara bir növ mesaj verməyə çalışır. İbadət yerlərimizə və icma üzvlərimizin evlərinə edilən hücumlar əslində dini və milli kimliyimizə qarşı hücumdur”,- deyə o, əlavə edib.

Suta yerli və beynəlxalq ictimaiyyəti hücumları qınamağa çağırıb./ölkə.az/

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv