!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meşə fondu torpaqlarında 14 mindən çox ağac əkildi

!Reklam – Yazi

Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində  silsilə meşəbərpa tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Yenicag.az-a bildirib ki, payız ağacəkmə aksiyası çərçivəsində bu gün Qobustan rayonunun meşə fondu torpağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 2 hektar ərazidə 2500 göyrüş və akasiya tingi əkilib.

“Eyni zamanda bu gün Şəki, Qəbələ, Quba, Tovuz, Şəmkir, Göygöl, Bərdə, Şamaxı, Ağcabədi və Sabirabad rayonlarında da ağacəkmə tədbirləri keçirilib, gün ərzində ümumilikdə 20 hektar ərazidə 14 324  ədəd ağac tingi əkilib, 1047  kiloqram toxum səpilib”.

Nazirlik sözçüsü ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, bütün təbiətsevərləri ağacəkmə aksiyalarına qoşulmağa, bu tədbirlərdə yaxından iştirak etməklə ölkə ərazisində yaşıllıq zolaqlarının, meşə parkların və meşə sahələrinin genişləndirilməsinə töhfə verməyə dəvət edib.

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv