!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meşə torpaqlarının kafe-restoranlara icarəyə verilməsi dayandırıldı

!Reklam – Yazi

“Azərbaycanda meşə torpaqların kafe-restoranlar üçün icarəyə verilməsi dayandırılıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin icraçısı Cabbar Qəribov deyib.

O bildirib ki, hazırda turizm-rekreasiya resursları üçün icarə verilmə prosedurunun dayandırılmasına səbəb indiyənədək icarəyə verilən iaşə obyektlərinin ərazilərinin kadasdırının hazırlanmasıdır:

“Hazırda bununla əlaqədar məlumat sistemi yaradılır. Komissiya yerlərdə yoxlama aparır. Obyektlərdə hazırda araşdırma gedir. Nə qədər ərazi icarəyə verilib və nə qədər ərazi zəbt edilib. Bunun reyesteri çıxarılacaq. Bununla yanaşı, icarə verilən torpaqlarda bütün tikililər uçota alınır. Müqavilədən kənar zəbt olunmuş torpaqlara görə əlavə icarə haqqı alınacaq. Yaxud müvafiq hesab olunmursa, ərazi boşaldılacaq”.

Cabbar Qəribov deyib ki, son iki ildə Azərbaycanda meşə fonu ərazisində icarəyə verilən 18 restoran və kafe işlədən obyekt sahibləri ilə müqaviləyə xitam verilib.

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv