!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meşə yanğınlarının vurduğu ZİYAN: Türkiyə bu sınaqdan çıxa biləcək? - AÇIQLAMA

!Reklam – Yazi

“Türkiyə bu bəladan qurtulduqdan sonra da Azərbaycan sərmayəsi qardaş ölkə iqtisadiyyatının yenidən dirçəlməsinə töhvə olacaq”.

Yenicag.az xəbər verir ki, bunu meşə yanğınlarının Türkiyə iqtisadiyyatına təsirlərinə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat vurğulayıb ki, Türkiyənin yanğından sonra dəymiş ziyanı hansı müddətə bərpa edə biləcəyi maraq doğuran məqamlardan biridir. Lakin Türkiyə hər zaman bu cür sınaqlardan çıxa bilib:

“İyulun 28-dən avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-i artıq söndürülüb. Yanğınların qardaş ölkə iqtisadiyyatına mənfi təsirləri ilkin qiymətləndirilir. Son illər Türkiyəyə qarşı həm siyasi, həm iqtisadi qərarlar qardaş ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Amma Türkiyənin mövcud maliyyə imkanları bu sınaqdan da çıxmağa imkan verəcəkmi? 794 milyard dollar nominal ÜDM ilə Böyük İyirmiliyin üzvü olan Türkiyə illik 167 milyard dollarlıq ixrac ilə dünyanın 26-cı ən böyük eksport potensialı olan ölkəsidir. “Trade Economics”in məlumatına görə, hazırda Türkiyənin xarici valyuta ehtiyatları 62 milyard 660 milyon dollardır. Rəsmi Ankara isə ehtiyatların 128 milyard dollar olduğunu bəyan edib.

Pandemiyanın təsirlərinə baxmayaraq, Türkiyə iqtisadiyyatı ötən il 1.8 faiz artıb. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (OECD) üzv olan ölkələr arasında Türkiyə Çindən sonra 2020-ci ildə ən böyük iqtisadi artıma nail ola bilən ölkədir. Göründüyü kimi, “lock-down” tədbirlərinə və iqtisadi məhdudlaşdırmalara rəğmən Türkiyədə ÜDM ötən il tam rəqəmli böyüyə bilib. Bir müddət öncə isə rəsmi Ankara son illər iqtisadi məsələlərin həlli üçün 165 milyard dollar vəsait xərclədiyini bəyan etmişdi. Bu isə ondan xəbər verirdi ki, qardaş ölkədə bu oxşar sınaqlar mütəmadi müşahidə olunur. Deməli, əvvəlki illərin təcrübəsini və mövcud potensialı nəzərə alsaq, Türkiyə yanğınların vurduğu iqtisadi ziyanları da qısa zamanda aradan qaldırmaq gücünə malikdir”.

Azərbaycan Fövqalədə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin Türkiyədəki yanğınlarla mübarizəsinə də toxunan deputat bildirib ki, proses hələ də davam etdirilir:

“Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunun yaxın zamanlarda 20 milyard dollaradək yüksələcəyi gözlənilir. Azərbaycanın Türkiyəyə sərmayə qoyluşları qardaş ölkənin iqtisadiyyatına dəstəkdir”.

Gülşən Şərif

www.yenicag.az

600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv