!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meşədə yeyib-içmək məclisi təşkil edənlər SAXLANILDI - HƏBS

!Reklam – Yazi

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Siyakü kəndindəki meşəlik ərazidə 6 nəfər rayon sakininin yeyib-içmək məclisi düzəldərək xüsusi karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib.

Həmin şəxslər saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətiriliblər. Onlardan 3 nəfəri rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv