!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Meşələrdə tikilən fərdi evlərə çıxarışlar veriləcək

!Reklam – Yazi

Azərbaycanda meşə fonu ərazilərində tikilən fərdi evlərə çıxarışlar veriləcək.

Yenicag.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin icraçısı Cabbar Qəribov bildirib.

Cabbar Qəribov deyib ki, meşə fondunun zəbt edilməsi ilə əlaqədar əvəzləşdirilməsi nəzərdə tutulur:

“Bu məqsədlə yerli İcra Hakimiyyəti, Dövlət Əmlak Xidməti və Ekologiya Nazirliyi tərəfindən işçi qrupu yaradılıb və iş başa çatdırılacaq. Eyni zamanda Azərbaycan Respublikasının Meşə Məcələsinin təkminləşdirilməsi haqqında sənəd hazırlanıb. Avqust ayının işçi qrupu tərəfindən iş başa çatırılacaq və Milli Məclisə təqdim olunacaq. 17 rayonda meşə fondunun sərhədləri artıq hazırdır. Burada Türkiyə, Gürcüstan, Qazaxıstan və əsasən də Almaniyanın təcrübəsi öyrənilir. Lerikdə 720 hektar meşə torpaq sahəsində kənd yerləşir”.

Nazirlik rəsmisi əlavə edib ki, sözügedən qurumlarla bütün bu işlər başa çatdırıldıqdan sonra meşə fondu ərazisində tikilən fərdi evlər, obyektlərə çıxarışların verilməsi təmin olunacaq.

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv