!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Meşənin içində, pul xəzəl kimi...” - Afət Rusiyadakı evindən VİDEO paylaşıb ACIQ VERDİ

!Reklam – Yazi

“Burada insanlar bir-birinin şəxsi həyatına müdaxidə etmirlər. Qeybət də yoxdur. Heç kim heç kimə baxmır. Pul da xəzəl kimi…”

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiyada yaşayan müğənni Afət Fərmanqızı deyib.

Müğənni yeni evindən video paylaşaraq, şou əhlinə acıq verib:

“Meşənin içində Moskva şəhəri. Buradan doymuram ki… Bu gözəllik heç yerdə yoxdur. Keçən il fevralın 14-də də burada idim. Vüqar qardaşım məni qarşıladı və dedim ki, qismət olsa, bura köçəcəm. Allahdan bunu arzu etdim və o da səsimi eşitdi, birdəfəlik bura köçdüm.

Həyat yoldaşım başda olmaqla, Rusiyada yaşayan dostlarım və məni toylarına dəvət edən həmvətənlərimə minnətdaram. Tam da istədiyim ortamdayam. Rusiyadakı toylarımızda xanımların geyimlərindən tutmuş bəylərimizin centlmenliyinə qədər hər şey qədərindədir. Burada küçəyə nəinki bəlqəmli, heç bəlqəmsiz də tüpürmürlər. Yerə zibil atan görmədim. Puşkinin heykəlinə ayaqqabı atan da yoxdur. Maşını da qayda-qanunla sürürlər. Siqnal səsinə hələ ki rast gəlməmişəm. İnsanlar bir-birinin şəxsi həyatına müdaxilə etmirlər. Qeybət də yoxdur. Heç kim heç kimə baxmır. Pul da xəzəl kimidir…”

Nehru

www.yenicag.az

1321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv