!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur aktrisa GÖZYAŞI TÖKDÜ: “Bu xəbəri ilk dəfə eşidəndə dedim...” - VİDEO

!Reklam – Yazi

“Burada doğulmuşam, burada məktəbə getmişəm…”

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova söyləyib.

O, illər sonra doğulduğu Cəbrayıla yollanıb. İşğaldan azad olunan doğma Cəbrayılda duyğulu anlar yaşayan Məlahət göz yaşı töküb.

O, görüntüsünü sosial media hesabında bu sözlərlə paylaşıb:

“Bu dəqiqə o qədər duyğuluyam ki… Zəfər xəbərini eşidəndə dedim ki, Bakıya gedən kimi ilk olaraq Cəbrayıla gedəcəm. Xəyallarım gerçəkləşdi. Ana Vətənimdəyəm, bundan gözəl nə ola bilər ki…”

Məlahət Abbasova 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub. İki övlad anası olan aktrisa qardaş ölkədə yaşayır.

Videonu təqdim edirik:

Cəvahir

www.yenicag.az

1228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv