!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur aktrisa qətlə yetirilib - Bacısından ŞOK AÇIQLAMA / FOTO

!Reklam – Yazi

Yanvarın 24-də müalicə olunduğu xəstəxanada dünyasını dəyişən məşhur türk kino ulduzu Fatma Girikin ölümü ilə bağlı şok iddia irəli sürülüb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Günay Girik bacısının ölümündə xəstəxananın həkimlərini günahkar sayaraq onun öldürüldüyünü iddia edib.

O, bacısının xəstəxanada törədilən cinayətə qurban getdiyini bildirib.

G.Girik aktrisanın ölümcül xəstə olmadığını, xəstəxanada koronavirusa yoluxduğunu deyib. O bildirib ki, bacısı həmişə olduğu kimi müayinə məqsədi ilə xəstəxanaya gedib, sonuncu isə ölümlə nəticələnib:

“Bu, cinayətdir. Hadisənin haradan qaynaqlandığını tapdım. Şübhələndiyim üçün işin üzərinə düşdüm”.

Cəvahir

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv