!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur aktrisa və əri narkotiklə yaxalandı - FOTO

!Reklam – Yazi

Kristina Babuşkina və əri Andrey Qatsunayev avtomobil idarə edərkən hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.

Yenicag.az xəbər verir ki, ər-arvadın sənədlərini yoxlayan zaman bir çanta narkotik maddə aşkar olunub.

Bildirilir ki, hadisə iyulun 16-da səhər saatlarında baş verib. Həmin gün 45 yaşlı aktrisanın və ərinin mənzilində axtarış aparılıb. Hadisə yerinə müstəntiqlər gəlib və inarkotik maddələrə həssas itlərı gətirilib.

Məlumata görə, Qatsinayev saxlandığı zamanı narkotiki udmağa çalışıb və yol polisi əməkdaşına hücum edərək onun barmağını dişləyib. Həmin şəxsə qarşı iki cinayət işi açılıb – qadağan olunmuş maddələr saxlamaq və asayiş keşikçisinə müqavimət göstərmək.

Babuşkinanın özü, ilkin məlumatlara görə, hadisə şahididir. Hələlik nə aktrisa, nə də onun nümayəndələri qalmaqala münasibət bildirməyiblər.

“Kristina və Andreyin narkotiklə heç bir əlaqəsi yoxdur, hətta siqaret də çəkmirlər. Başımı kötük üstünə qoymağa hazıram ki, bu doğru deyil. Kristina qətiyyən belə şey etmir”, – deyə Kristinanın qayınanası bu barədə paylaşım edib.

45 yaşlı aktrisa bir çox teleseriallarda rollar oynayıb. Onlardan ən məşhurları “Yükdaşıyanlar”, “Doktor Tırsa”, “Prinsipsizlər”dir.(musavat.com)

 

 

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv