!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur aparıcı dünyasını dəyişdi

!Reklam – Yazi

Karyerası ərzində 2000-dən çox insandan müsahibə alan britaniyalı teleaparıcı Maykl Parkinson 89 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə BBC Yayım Korporasiyası məlumat yayıb.

“Qısa bir xəstəlikdən sonra cənab Maykl Parkinson dünən gecə ailəsinin əhatəsində dünyasını dəyişdi”, – məlumatda deyilir.

Jurnalist 1971-1982-ci illərdə və 1998-2007-ci illərdə BBC-nin “Parkinson” tok-şousunu, eləcə də həm Böyük Britaniyada, həm də xaricdə bir çox digər televiziya proqramlarını aparıb.

 

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv