!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur bəstəkar dəfn olundu - FOTOLAR / VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə vida mərasimi başa çatıb. 

Yenicag.az xəbər verir ki, mərhumun nəşi torpağa tapşırılması üçün Yasamal qəbiristanlığına gətirilib.

Ruhəngiz Qasımova burada torpağa tapşırılıb.

***

Təzəpir məscidində Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, vida mərasimində bəstəkarın yaxınları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edir.

Bəstəkar Yasamal qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.

Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda qızının yanında dünyasını dəyişib. Onun nəşi bu gün Bakıya gətirilib.

Cəvahir

www.yenicag.az

1918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv