!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur bəstəkarın xanımından 20 illik sirr: “Onu üzə çıxarıb hamını şok edəcəm” - FOTO  

!Reklam – Yazi

Mərhum bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin indiyə qədər işıqüzü görməyən mahnıları üzə çıxacaq. Sevənləri ilk dəfə olaraq Tahir Əkbərin həm də ifasını eşidəcəklər.

Həyat yoldaşı Aybəniz Əkbər Yenicag.az-a müsahibəsində belə deyib. O, bəstəkarın hələ oxunmamış musiqilərinin aqibətindən danışıb, eyni zamanda onun mahnılarını oxuyan müğənnilərdən giley-güzar edib.

– Tahir Əkbərin yəqin ki, hələ ifa olunmamış musiqiləri var. Onların aqibəti necə olacaq?

– Tahirin 4 əsəri var ki, hələ indiyə qədər onları eşidən olmayıb. Bir mahnısını yaxın zamanlarda məşhur xanım sənətçinin ifasında eşidəcəksiniz. O mahnının 20 yaşı var. Ümumiyyətlə, Tahir mahnılarını arxivdə saxlayan bəstəkar deyildi. Onun musiqiləri yazılan kimi hitə çevrilib. Ancaq bu mahnı 20 ildir ki, ifaçısını gözləyirdi. Tahir rəhmətə gedəndən sonra, təsadüfən televizorda bir sənətçinin ifasını eşitdim. O mahnını həmin xanıma verəcəm. Tahir Əkbərin nəqarətdə öz səsini də eşidəcəksiniz. Bu möhtəşəm bir layihə olacaq. 20 ildən sonra onu üzə çıxarıb, hamını şok edəcəm.

– Eşitdiyimə görə, Tahir Əkbərin musiqilərini ifa edən müğənnilərin bəzilərindən gileylisiniz…

– Gileyli deyəndə ki, mən heç kimdən incimirəm. Tahir rəhmətə gedəndən sonra bir çox məşhurlar mənə zəng etdi ki, sizə gəlmək istəyirik. Mən etiraz etdim. Dedim ki, Tahirin sağlığında onun yanına gəlməyən insanlar indi mənim yanıma niyə gəlməlidir ki? İndi Tahir yoxdur, onlar mənim nəyimə gərəkdirlər? İnsana sağlığında dəyər vermək lazımdır. Tahir Əkbərin musiqiləri ilə məşhur olan müğənnilər var, bunu dana bilməzlər. İlk dəfə Elton Hüseynəliyev “Azər-star” yarışmasına Tahirin “Bir yaz axşamı” mahnısı ilə çıxdı. Onda Elton heç məşhur deyildi. Tahir ona çox böyük dəstək oldu. Mahnı hədiyyə etdi. O mahnı “yatıb qalıb”, Elton onu daha oxumur. Çox müğənnilər var. Aşıq Samirə, Könül Kərimova, Rahidə Baxışova, Aşıq Ulduzun qızı Sədaqət Tahirin mahnılarını oxuyub, indi həmin mahnılar arxivdə yatır. Fikrim var ki, həmin mahnıları türk sənətçilərinə təqdim edim. Çünki Türkiyədə Tahirin mahnılarına çox böyük tələbat var. Onun bir neçə mahnısını oğurlayıb oxuyurlar. Rəhmətə getməmişdən qabaq “Əzizim” mahnısının müəlliflik hüququnu bərpa etmək üçün mübarizə aparırdı. Mən bu mübarizəni davam etdirirəm.

– Vaxtilə həmin mahnıları bəstəkar onlara pulla satıbsa, bu müğənnilərin razılığını alacaqsınızmı?

– Tahir həmişə cavan sənətçilərə dəstək olub, çoxuna pulsuz verib mahnılarını. Onda Elton gənc idi, pulu yox idi. Elə Könül Kərimovanın da. Digər tərəfdən Tahir mahnılarını verirdi, musiqilərin müəlliflik hüququnu satmırdı. Azərbaycanda bir mahnını hansısa müğənni oxuyursa, sonradan bir neçə müğənni tərəfindən ifa olunur. Müğənni Əlikram Bayramov səhnəyə Tahirin “Xəzəllərin rəqsi” mahnısı ilə çıxıb. İlk dəfə Tahirin yanına mahnı almağa gələndə cavan oğlan idi. Sonradan başqa musiqilər oxumağa başladı. İndi o mahnıların hamısını üzə çıxaracağam. Tahir sıradan bir bəstəkar deyil ki, mahnıları arxivlərdə yatıb qalsın.

Cəvahir

www.yenicag.az

4546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv