!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur boksçunun ailəsində FACİƏ - FOTOLAR

!Reklam – Yazi

Məşhur rus boksçusunun ailəsində faciə baş verib.

Yeniçag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.  Paytaxt Moskvada təkcə məşhur rus boksçusu Qriqori Drozdun ailəsini deyil, bütün idman ictimaiyyətini şoka salan faciə baş verib. Onun 14 yaşlı qızı Anastasiya yaşadıqları binanın 13-cü mərtəbəsindən özünü atıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin sözlərinə görə, faciədən əvvəl qız valideynləri ilə mübahisə edib. Artası məktəbdə pis qiymətə görə qızı ilə dalaşıb və cəza olaraq onun telefonunu alaraq internetdən məhrum edib.

Bir müddət sonra valideynləri qızı yoxlamağa getsələr də, onu otaqda tapmayıblar. Onlar qızlarının cəsədini evin pəncərələrinin altında görüblər.

Hadisə yerində polis və təcili yardım əməkdaşları gəlib. Qızın ölümü ilə bağlı “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. Ancaq ailə dostlarının dediyinə görə, Anastasiyanın heç bir psixi problemi olmayıb və intihar edə biləcəyindən şübhələnməyə əsas vermir. Boksçunun ailəsi nümunəvi ailə sayılır.

Qeyd edək ki, Qriqori Drozd Rusiyanın ən məşhur və uğurlu boksçularından biridir. O, Muay Thai üzrə dünya və Avropa çempionatlarının qalibi olub, eyni zamanda WBC üzrə yüngül çəkidə boks üzrə dünya çempionu olub. O, 2017-ci ilin dekabrında idmandan getdiyini elan edib. Drozd ailəsi və bizneslə məşğul olacağını bildirib.

Qriqori Drozdun qızının ölümündən sonra ciddi psixoloji vəziyyətdə olduğu bildirilir. Həyat yoldaşı və oğlu da böyük sters yaşayırlar.

Xuraman Etibarlı

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv