!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur brendə görə CƏZA: Sərnişin 2,4 min dollar ziyana düşdü

!Reklam – Yazi

Ölkəyə “McDonalds” burgerləri gətirən sərnişin böyük məbləğdə cərimə olunub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Bali adasından Avstraliyaya qayıdan sərnişinin çantasında aşkarlanan “McDonalds”a məxsus iki burger onun cərimələnməsi ilə nəticələnib.

Məlumata görə, sərnişinin bu hərəkəti “ölkənin təhlükəsizliyinə təhdid” kimi qiymətləndirilib və o, 2,4 min dollar məbləğində cərimə olunub.

Avstraliyanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, həmin vətəndaş ciddi məsuliyyətsizliyə yol verərək iri və xırdabuynuzlu heyvanlar arasında yoluxucu xəstəliklərin yayıldığı İndoneziyadan ölkəyə burger gətirib.

Qeyd edilib ki, kənardan gətirilən viruslar sayəsində yoluxucu xəstəliklərin yayılması Avstraliyada heyvandarlıq və maldarlıq sahəsinə 80 milyard dollar məbləğində zərər vura bilər.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv