!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur brendin Azərbaycan ofisi terrorçu PKK-nı təbliğ edir – VİDEO

!Reklam – Yazi

Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətin nümayəndəliyi PKK-ya qarşı rəğbətini nümayiş etdirib.

Yenicag.az xəbər verir ki, “Nesquik” şirkətinin Azərbaycan nümayəndəliyinin yaratdığı “Nesquik Studios AZƏRBAYCAN” feysbuk səhifəsində yerləşdirilmiş videoçarxda terror rəşkilatı olan PKK-nın simvolikasından istifadə olunub.

Uşaqlar üçün hazırlanan “Superqəhrəmanını yarat” çarxındakı “qəhrəman” və uşağın geyimində PKK “ulduz”u təsvir edilib.

Səhifədəki məlumata əsasən, “Nesquik Studios AZƏRBAYCAN” böyüklərlə yanaşı uşaqlar üçün də yaradılıb. Bu səhifə vasitəsilə  “Nesquik” brendi ilə bağlı müvafiq mövzuların müzakirəyə çıxarılır.

Ancaq göründüyü kimi, şirkət on minlərlə insanın həyatına son qoyan və qanlı əməllərini bu gün də davam etdirən terrorçu PKK-nın təbliğatı ilə məşğul olur.

Öz növbəmizdə qeyd edirik ki, ölkənin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının təcili müdaxilə etməli olduqları bir durumdur.

www.yenicag.az

2903
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv