!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur cüdoçu Azərbaycan millisinə cəlb oluna bilər

!Reklam – Yazi

İranlı cüdoçu Səid Mollayi (81 kq) milli komandada çıxış etmək üçün Azərbaycan Cüdo Federasiyasına (ACF) müraciət edib.

ACF-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, 30 yaşlı idmançının mövcud hazırlıq vəziyyətini dəyərləndirmək üçün o, Bakıya dəvət olunub və yığmanın Avropa çempionatına hazırlıq məqsədi ilə keçirilmiş təlim-məşq toplanışına qatılıb. Cüdoçu, həmçinin müvafiq tibbi müayinələrdən keçirilib.

Hazırda federasiya onun Azərbaycan adından çıxış etməsi ilə bağlı müraciəti dəyərləndirir. Buna son icazəni verməli olan Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə müvafiq məsləhətləşmələr aparılır.

Qeyd edək ki, əslən Azərbaycandan olan Səid Mollayi 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb. Təcrübəli idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarının və Asiya Oyunlarının gümüş müküfatçısıdır. Mollayi, həmçinin 1 dəfə dünya, 3 dəfə isə Asiya üçüncüsü olub. Onun aktivində Asiya çempionatının bürünc medalı da var.

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv